UEFA Çempionlar Liqasının Liqa və pley-off mərhələsinin yekununa əsasən, “Qarabağ”ın ən çox ötürmə edən oyunçuları müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun 4 oyunçusu 100 futbolçu arasına düşüb. "Qarabağ"da bu göstərici üzrə lider mərkəz müdafiəçisi Kevin Medinadır - 10 oyuna 499 ötürmə (35-ci yer).
Marko Yankoviç 456 ötürmə ilə 51-ci, Abdullah Zubir 420 ötürmə ilə 66-cı, Pedro Bikalyo 387 ötürmə ilə 87-ci yeri tutur.

