Klubların UEFA reytinqi yenilənib.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” cədvəldə geriləyib. Buna UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a səfərdəki məğlubiyyət (2:3) səbəb olub.
Bu, Ağdam klubunun 36-cı pilləyə düşməsinə gətirib çıxarıb. 13.750 əmsala malik Qurban Qurbanovun komandası Çexiya klubu “Viktoriya” ilə eyni göstəriciyə malikdir.
UEFA reytinqinə 29.500 əmsalla “Arsenal” (İngiltərə) başçılıq edir.

