Sabir Allahquliyev “Qaradağ Lökbatan”ın heyətində 70-ci qolunu vurub.
Prosport.Az xəbər verir ki, II Liqanın XV turuna təsadüf edib. 37 yaşlı hücumçu “Xankəndi” ilə görüşdə (1:2) hesabı açıb.
Lökbatan təmsilçisində 2013/14 mövsümündə debüt edən forvard 70-ci qolunu 150-ci oyununda vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.
Allahquliyev I Liqada 60 (128 oyunda), II Liqada 5 (14 oyunda), ölkə kubokunda 5 (8 oyunda) dəfə “Qaradağ Lökbatan” forması ilə fərqlənib.
O, Lökbatan klubunun heyətində 2021/22 mövsümündə 22 qolla I Liqanın bombardiri adını qazanıb.
Qeyd edək ki, Sabir Allahquliyev daha əvvəl "Kəpəz" və "Sumqayıt" klublarının da formasını geyinib. U-21 millisində 5 oyun keçirən hücumçu çimərlik futbolu üzrə yığmanın da şərəfini qoruyub.

