"Qarabağ"ın mərkəz müdafiəçisi Bədəvi Hüseynov tarixə düşüb.
Prosport.Az xəbər verir ki, bu il 35 yaşı tamam olacaq futbolçu “Qarabağ”la UEFA Çempionlar Liqasının 2 ayrı mövsümündə (2017/2018 və 2025/2026) meydana çıxan ilk Azərbaycan pasportuna malik futbolçu oldu.
Qeyd edək ki, zədəli Bəhlul Mustafazadənin yoxluğunda meydana çıxan Bədəvi Hüseynov 90 dəqiqə oynayıb və "Qarabağ"ın heyətində ən yaxşılardan olub.

