Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hamı soruşur ki, niyə Avropaya getmirsən?" – Elvin Cəfərquliyev
    25.02.2026 12:13:06

    “İlk növbədə bütün azarkeşlərimizə, Azərbaycan xalqına, komanda yoldaşlarıma, məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Buraya qədər çox yaxşı yol gəldik”.

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə “Nyukasl”la keçirilən oyundan (2:3) sonra deyib.

    Komandasının 2-ci qolunun müəllifi olan müdafiəçi İTV-yə açıqlamasında bildirib ki, İngiltərə təmsilçisi ilə mübarizə onlar üçün çox ağır olub: "Amma düşünürəm ki, yaxşı oyunlarımız da oldu, layiqincə mübarizə apardıq. Birinci oyundan başlasaq, səhvlərimiz həddindən artıq çox idi. Bu gün geridönüş etmək inandırıcı görünmürdü. Bununla belə, biz yığışdıq və dedik ki, nə olur-olsun, döyüşmədən meydandan çıxa bilmərik. Çalışdıq ki, döyüşək, əlimizdən gələni edək. Ən azından üzərimizdə Azərbaycan bayrağını gəzdiririk və "Qarabağ" adını daşıyırıq. Düzdür, qollar buraxdıq, amma çox yaxşı mübarizə apardıq. Bizim üçün böyük bir təcrübə oldu. Həqiqətən hələ bura qədər irəliləməmişdik. Arzu edirəm ki, bundan da yaxşı nətiəcələr qazanaq".

    E.Cəfərquliyev adının digər klublarla hallanmasına və "Qarabağ"dan mümkün gedişi ilə bağlı suala belə reaksiya verib: "Bu cür suallar mənə çox verilir. Əlbəttə, istəyərəm ki, Azərbaycanı Avropada layiqli şəkildə təmsil edim. Amma səbirli olmaq lazımdır. Gələcəkdə nə baş verəcəyini deyə bilmərəm. Hazırda "Qarabağ"dayam, burada mənim üçün hər şey əladır. Öz performansıma gəldikdə, getdikcə daha da inkişaf etmək istəyirəm. Bu mənim tam performansım deyil. Bundan da yaxşı Elvin görə bilərsiniz. Daim üzərimdə işləyirəm ki, komandaya çox xeyir verim.

    Hamı mənə yaxınlaşıb deyir ki, niyə Avropaya getmirsən, sənin TOP-5 klublarında oynamağını istəyirik. Bunun üçün isə daha da yaxşı Elvin görməlisiniz ki, böyük klublarda layiqli çıxış edim. Gələcəkdə təkliflər olsa, düşünmək olar. Amma indidən nəsə deyə bilmərəm".

    Qeyd edək ki, Elvin Cəfərquliyev "Nyukasl"a hər 2 matçda qol vurub.

    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Futbol

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22
    Futbol

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58
    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved