"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı tarixi mövsümü antirekordla yadda qalıb.
Prosport.Az xəbər verir ki, turnirin pley-off mərhələsinin cavab oyununda "Sent-Ceyms Park"da "Nyukasl"a 2:3 hesabı ilə məğlub olan Ağdam təmsilçisi bir mövsüm ərzində qapısında ən çox qol görən komanda kimi turnirin tarixinə düşüb.
Bakıdakı ilk görüşdə (1:6) qapısından 6 top buraxan "Qarabağ" cavab oyunundakı 3 qolla birlikdə cari mövsüm Çempionlar Liqasında buraxdığı qolların sayını 30-a çatdırıb.
Bununla da Azərbaycan çempionu 2001/02 mövsümündə 28 qol buraxan Almaniyanın "Bayer" klubunun antirekordunu geridə qoyub.
Qeyd edək ki, "Qarabağ" 2 oyunun nəticəsinə görə (3:9) turnirlə vidalaşıb.

