İngiltərənin “Nyukasl” klubunun futbolçusu Sandro Tonali UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri görüşdə matçın oyunçusu seçilib.
Prosport.Az xəbər verir ki, o, "Sent-Ceyms Park" stadionunda təşkil olunan qarşılaşmada ilk qolun müəllifi olub.
İtaliyalı yarımmüdafiəçi 4-cü dəqiqədə hesabı açıb.
Tonali qarşılaşmanın sonuna qədər meydanda olub.

