"Qarabağ" bu mövsüm UEFA-dan təxminən 65.8 milyon manat vəsait əldə edib.
Prosport.Az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov özünün "X" hesabında yazıb.
"UEFA həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klublarımızın hər biri təxminən 1.6 milyon manat əlavə vəsait qazanacaq", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, "Qarabağ" ölkəmizdə real potensialı olan idman iqtisadiyyatına mühüm töhfə verib.

