Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komanda 11 nəfərdən ibarət deyil, digərləri də xeyir verməlidir" - Kaxaber Sxadadze
    24.02.2026 18:11:26

    "Qəbələ" Azərbaycan Premyer Liqasının XIV turunun təxirə salınmış oyununda doğma meydanda "Turan Tovuz"a 0:3 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Oyun haqda çox danışmayacağam. Əvvəlcə "Turan Tovuz"u təbrik edirəm. Oyuna çox pis başladıq. İlk dəqiqələrdə 2 qol buraxdıq. "Turan Tovuz" kimi təcrübəli komandaya qarşı sonradan oyunu toparlamaq çətindir. Rəqibin 2-ci qolundan sonra bir neçə fürsətimiz oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Fərqlənə bilsəydik, bəlkə də oyun başqa cür ola bilərdi. 2-ci hissənin əvvəlində isə öz qapımıza qol vurduq. Bundan sonra komanda istədiyi kimi oynaya bilmədi. "Turan Tovuz" müdafiədə çox diqqətli oynayır. Onların müdafiə xəttini yarmaq çox çətin olur.

    - Demək olar ki, bu, "Qəbələ"nin ən zəif oyunu idi? Bəlkə "Karvan-Yevlax"la qarşıdan gələn matçın daha vacib olduğunu düşünürsünüz?

    - Bizim üçün hər oyun vacibdir. Aydın məsələdir ki, "Karvan-Yevlax"la matç final kimidir. Prins Ovusu çox gəncdir. Həddindən artıq çox oynayıb. Bəzən onu da əvəzləmək lazımdır. 4 gündən bir oynayırıq. Bu da çətindir. Belə hallarda heyətdə rotasiyalar vacibdir. Bəzi futbolçular özlərini yaxşı tərəfdən göstərdi, bəziləri göstərə bilmədi. Sıx qrafikdə rotasiyalar etməliyik. Start heyətində meydana çıxanlar başa düşməlidirlər ki, özünü göstərmək lazımdır. Təəssüf ki, bəziləri göstərə bilmədilər. Bütün mövsümü 11 nəfərlə oynamaq mümkün deyil. Murad Musayev ötən matçda oynamamışdı. Halbuki komandanın kapitanıdır. Bu gün meydana çıxdı və müdafiədə komandanın ən səhvsiz oyunçularından biri idi. Hamı öz üzərində bu cür işləməlidir. Komanda 11 nəfərdən ibarət deyil. Digər futbolçular da xeyir verməlidir.

    - "Karvan-Yevlax" uzun müddətdir qələbə qazana bilmir. Belə komanda ilə oyuna final deyirsiniz. Öz komandanızdan ehtiyat edirsiniz?

    - Bütün rəqiblərə hörmətlə yanaşırıq. Heç vaxt deyə bilmərəm ki, biz "Karvan-Yevlax"dan güclüyük. Onlar da yaxşı komandadır. Çalışırlar, mübarizə aparırlar. Xalları az olsa da, çox ciddi oyun olacaq.

    Futbol

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34
    Futbol

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29
    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Futbol

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22
    Futbol

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved