"Qarabağ"la matçda Xoni Montieli diqqətdə saxlayacağıq".
Prosport.Az xəbər verir ki, bunu "Nyukasl"ın futbolçusu Ceykob Mörfi "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
O, "Qarabağ"ın zəif rəqib olmadığını vurğulayıb: "Qarabağ" əslində çətin rəqibdir. 9 nömrəli futbolçusu Xoni Montielin ifasında müdafiədən yaxşı hücumlar qururlar. Bu məqama diqqət yetirməliyik. Doğma meydanda çıxış etdiyimiz üçün öz oyun prinsiplərimizi tətbiq etməyə çalışacağıq".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

