Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    "Türkan Məmmədyarovaya feyr-pley mükafatı verilə bilər" – Mahir Məmmədov
    23.02.2026 15:08:40

    "Artıq 2-ci ildir ki, çempionat fərqli reqlamentlə keçirilir. Görünən odur ki, bu format şahmatçılar üçün də idman mübarizəsinin gərginliyi və marağı baxımından olduqca uyğundur".

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.

    Yarışa marağın yüksək səviyyədə olduğunu bildirən federasiya prezidenti əlavə edib: "Bu da formatın uğurlu olduğunu göstərir. Bunu eksperiment adlandırmaq düzgün olmaz. Artıq bu sistem tətbiq olunur və düşünürəm ki, davamlı olacaq. Gələcəkdə mükafat fondunun artırılması da mümkündür və istərdik ki, bölgələrdə yaşayan azarkeşlər də bu atmosferi daha yaxından hiss edə bilsinlər".

    Çempionatda maraqlı nəticələrin qeydə alındığını diqqətə çatdıran Mahir Məmmədov deyib: “Hər şey idman prinsipləri və ədalət çərçivəsində baş verdi. Məhəmməd Muradlı artıq 2 dəfə Azərbaycan çempionu olmuşdu və bu il 3-cü dəfə bu titulu qazandı. Çoxları Şəhriyar Məmmədyarovun yenidən çempion olacağını gözləyirdi. O, uzun illər əvvəl 2 dəfə bu ada layiq görülmüşdü və 22 ildən sonra bunu təkrarlamaq istəyirdi. Lakin bu dəfə də finalda məğlub oldu. Qadınların yarışında da maraqlı mübarizə izlədik. Ülviyyə Fətəliyeva ötən il, səhv etmirəmsə, 1/4 və ya yarımfinal mərhələsində mübarizəni dayandırmalı olanda çox gərgin hisslər yaşamışdı. Həmin anlarda federasiyanın bəzi üzvləri onu sakitləşdirməyə çalışırdı. Bu dəfə isə vəziyyət fərqli idi. Ayan Allahverdiyeva da çox ləyaqətli və yüksək səviyyədə oyun nümayiş etdirdi. Şahmatda hər şey bir anda dəyişə bilir. Bu görüşdə də vəziyyət 180 dərəcə dəyişdi və partiyanın axarı tamamilə fərqli istiqamət aldı. Şahmatda play-off sistemi özünəməxsus dinamika yaradır. Hətta tay-brek mərhələsinin olması yarışa əlavə həyəcan qatır. Bəzən təsadüfi məqamlar da olur, amma ümumilikdə bu format çox maraqlı və baxımlıdır. Yaranan ajiotaj isə bizim üçün çox müsbət və sevindirici amildir".

    FIDE vitse-prezidenti də olan Mahir Məmmədov qadınların yarışında Türka Məmmədyarova ilə Ayan Allahverdiyeva arasında olan görüşlə bağlı verilən hakim qərarı ilə bağlı Prosport.Az-ın sualını da cavablandırıb: "Türkanın hərəkəti alqışlanmalıdır. Ona ilk görüşdə qələbə verilmişdi. Daha sonra apellyasiya onun razılaşması ilə qərarı heç-heçəyə dəyişdi. FIDE-də feyr-pley mükafatı kimi Svetozar Qliqoriç mükafatı var. Onun və Rauf Məmmədovun hərəkətinə görə bu mükafata adlarını namizəd kimi verəcəyik".

    Digər idman növləri

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Stolüstü oyunlar

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34
    Digər idman növləri

    Şahmat yığmalarımızın Olimpiadada növbəti sınağı

    18.09.2026 10:52:03
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Olimpiadada növbəti qələbə

    17.09.2026 21:16:53
    Olimpiya Oyunları

    Paraatletika üzrə Açıq Qapı Günü keçirildi

    17.09.2026 19:54:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved