Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İntizam kodeksinə görə belə addım atdıq" – Qurban Qurbanov
    23.02.2026 14:12:45

    "Cavab oyununa gedirik. İlk matçdakı nəticəyə görə bu oyun haqqında danışmaq asan deyil. Oyunu analiz etmək üçün bir neçə gün vaxtımız oldu. Deyiləcək çox söz yoxdur. İlk oyunda bizdən çox üstün oldular. Mübariz olmalıylq. Psixoloji zərbə alsaq da, pis hazırlaşmadıq. Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək".

    Prosprot.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl” (İngiltərə) ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə keçirilən mətbuat konfransında söyləyib.

    Təcrübəli mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.

    – İlk matçın 2-ci hissəsində komanda daha yaxşı oynadı. Bu da sistem dəyişikliyi ilə bağlı idi. Gələcəkdə belə dəyişiklik etmək fikriniz varmı?
    – Hazırda belə bir fikrim yoxdur. İlk oyun bəlkə də rəqibin ən hazırlıqlı oyunlarından idi. Əvvəl düşünürdük ki, idman formalarında bir qədər eniş var. Amma son oyunda performansları çox yaxşı idi. Sadəcə, erkən qol gördük, nokauta düşdük. 2-ci hissədəki sistemə nadir hallarda əl atmışam. İrəlilədikcə rəqiblərin səviyyəsi daha da artır. Öz oyun sistemimizlə davam edirik. Amma ümumən 5-4-1 məni cəlb edən sistemlərdən biridir.

    – Məşqi və mətbuat konfransını nə yaxşı Bakıda etmək qərarına gəldiniz?
    – Belə hallar bizdə olub. Mənə bu oyundan sonra Bakıda bərpaya daha çox vaxt lazım idi. Biz 2 gün əvvəl getsəydik, məşq planımız tamam pozulurdu. Belə addım atdıq ki, hazırlığımız istənilən səviyyədə olsun. Hər bir halda futbolçuları psixoloji təzyiqdən azad etmək üçün belə addım atdıq.

    – Hazırda müdafiənin mərkəzində sıxıntılar var. Bəhlul Mustafazadənin zədələnməsindən sonra Sami Mmae də əvəzedici heyətə göndərilib. O niyə ümidləri doğrultmadı?
    – Mərkəz müdafiəçisi kimi, ola bilər ki, düşündüyümüzü ondan ala bilmədik. Bu oyunda hazır olanları meydanda görə bilərik.

    – Sami Mmae niyə əvəzedici heyətə göndərilib?
    – Əvəzedicilərə göndərilməsinin səbəbi idman prinsiplərini pozmasıdır. İntizam kodeksinə görə belə addım atdıq. Bəzi şeyləri çox da açıqlamağa ehtiyac yoxdur. Bizim futbol karyeramızda belə hallar çox olub. Bəlkə də belə hallarla ən az rastlaşan bizim klubdur. Bəzən bu addımları biz də atırıq. Ancaq çərçivədən çıxmayaraq.

    – “Nyukasl”la matçda Toral Bayramovun gülməsi müzakirələrə səbəb oldu. Onunla bağlı hər hansısa tədbir görüləcəkmi?
    – Toralın gülməsinə bəlkə də həmin epizoda qədər hansısa vəziyyət səbəb olmuşdu. Bəli, fikirlərimi ona bildirdim. Sadəcə, çox da xırdalıqlara getməyə ehtiyac yoxdur. Kimə hansı qaydada irad bildirmək lazımdırsa, bu, yaxşı səviyyədə də bildirilib.

    – “Nyukasl”la matçın nəticəsindən sonra “Neftçi” ilə görüşün təxirə salınması yenidən müzakirə olundu. Məsələyə bu baxımdan son olaraq nöqtə qoya bilərsiniz...
    – Məncə, bu hazırda müzakirə olunası məsələ deyil. “Neftçi” rəhbərliyinə təşəkkürümüz bildirildi. Hansı ki oyunu təxirə salmağa icazə verdilər. Bir daha öz adımdan "Neftçi rəhbərliyinə belə qərar verdiklərinə görə təşəkkürümü bildirirəm. Bu təxirə salma qrafikimizə görə atılan addım idi. Əvvəldən "Nyukasl"la oyunun nəticəsini bilmək mümkün deyildi. Rəqibimizin səviyyəsi, olduğu yer bəlli idi. Hər bir halda biz bu oyuna daha yaxşı hazırlaşmaq istəyirdik. 2 oyun arasında bizim cəmi 6 gün vaxtımız vardı. Səfəri düşünərək belə addım atdıq ki, futbolçuların hamısı bu oyuna hazır olsun. Məncə, bizi başa düşmək lazımdlır. Hazırda bizim hazırlığımız onlarla bir tutulası deyil. Çünki "Nyukasl" illərdir ki, bu yolu keçir. Əvvəlcədən, ilin başlanğıcında deyilir ki, pley-off oyunlarına görə təxirəsalınma ola bilər. “Neftçi” və digər klublarla həmişə bir-birimizi anlamışıq.

    – Sizin Quba Olimpiya İdman Komlpeksinin stadionunun vəziyyətindən şikayətlənmənizdən sonra Ayxan Abbasov da qapıların normadan 11 sm hündür olduğunu deyib...
    – Ayxan maraqlı açıqlama verib. "No komment" (gülür).

    – Bəhlul Mustafazadənin psixoloji vəziyyəti hazırda necədir?
    – Bəhlulun vəziyyəti yaxşı deyil. Tək o yox, hamımız üzgünük. Bəhlul yaxşı mövsüm keçirdi. Çox yüklənmişdi. Həm bizdə, həm milli komandada yaxşı oyunlar keçirdi. Uğurlar arzu edirəm. Belə oyunlarda, belə zədələr qaçılmazdır.

    – Növbəti mövsümdə bu uğuru təkrarlamaq üçün hansı mövqelərə transferlər lazımdır?
    – Düzü, hər mövqeyə transfer etmək istəyirik. Qarşıda bir neçə ay vaxtımız olsa da, baxışlara indidən başlamışıq. Təbii ki, əvvəlcə ölkə daxilində uğur qazanmaq lazımdır. Xeyli transfer etmək istəyirik.

    – Demək olarmı ki, beyninizin dərinliyində "Sabah"la növbəti matçı düşünürsünüz?
    – Hazırda fikrimdə ancaq “Nyukasl”dır. Orada yaxşı nəticə göstərməyimiz hazırkı vəziyyətdə real görünmür. Amma bu turnirdən həzz almalıyıq. Bu cür komandalara qarşı oynamaq böyük məsuliyyətdir. Bu gün İngiltərə Premyer Liqası və Avropa futbolu olaraq 2 bölgü var. Premyer Liqanın 6 komandası pley-off mərhələsindədir. Onların imkanları hamıya məlumdur. Biz bilirik ki, hara gedirik. İstənilən halda, cəsarətli olmalıyıq. Bugünkü uğura yıxıla-yıxıla, çəkinmədən gəlmişik. Bakıya döndükdən sonra çempionat oyunu barədə düşünəcəyik. Bir insan, bir kollektiv müəyyən səviyyəyə qalxa bilər, amma orada qalmaq çətindir. Bu oyunlarda hiss etdik ki, gözləntilər artır. Baxmayaraq ki, bizim çox böyük qələbələrimiz var. Hansısa oyunda məğlub olurduq, deyirdilər ki, niyə filan komandaya qalib gəlmədilər? Gözləntilər normal olaraq artır. Bu, futboldur. Bizə dayanmaq, işimizdən qalmaq olmaz. Biz bunlara daha pozitiv baxmalıyıq ki, əldə etdiklərimizi qoruyub saxlayaq.

    Futbol

    Millimizin futbolçusu daha 2 il "Sabah"da

    4.06.2026 16:45:00
    Futbol

    "Qəbələ" kapitanın ayrılığını açıqladı - VİDEO

    4.06.2026 16:10:55
    Futbol

    "Şəfa" Avropa Futbol Klubları təşkilatına üzv qəbul edildi

    4.06.2026 15:39:27
    Futbol

    Prosport.Az yazdı, xorvatlar təsdiqlədi: "Qarabağ"da bosniyalı qapıçı

    4.06.2026 14:47:54
    Futbol

    "Sabah" kapitanı ilə vidalaşdı - VİDEO

    4.06.2026 14:12:25
    Futbol

    Afrikalı hücumçu "Neftçi"yə yox, bu kluba keçir

    4.06.2026 13:42:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin futbolçusu daha 2 il "Sabah"da

    4.06.2026 16:45:00

    "Qəbələ" kapitanın ayrılığını açıqladı - VİDEO

    4.06.2026 16:10:55

    "Şəfa" Avropa Futbol Klubları təşkilatına üzv qəbul edildi

    4.06.2026 15:39:27

    Millimizin Avropa Liqası üçün yekun heyəti açıqlandı - ADLAR

    4.06.2026 15:12:44

    Prosport.Az yazdı, xorvatlar təsdiqlədi: "Qarabağ"da bosniyalı qapıçı

    4.06.2026 14:47:54

    "Sabah" kapitanı ilə vidalaşdı - VİDEO

    4.06.2026 14:12:25

    Afrikalı hücumçu "Neftçi"yə yox, bu kluba keçir

    4.06.2026 13:42:10

    "Turan Tovuz"un legioneri Dominikana qarşı 1 hissə oynadı - VİDEO

    4.06.2026 13:13:28

    Millimiz Ankara toplanışını 1 qələbə və 1 heç-heçə ilə başa vurdu

    4.06.2026 12:41:32

    AMADA rəsmiləri Fransaya niyə gedib?

    4.06.2026 12:05:40

    Azərbaycanlı keçmiş idmançı 3 övladı ilə birlikdə oğurlandı

    4.06.2026 11:57:37

    "Karvan-Yevlax"dan ayrılan futbolçu "Makkabi"də

    4.06.2026 11:32:43

    "Şamaxı" braziliyalı müdafiəçini də göndərdi

    4.06.2026 11:03:36

    Legioner futbolçu "Qarabağ"la vidalaşdı: "Mənim üçün böyük şərəf idi"

    4.06.2026 10:56:43

    Sxadadze istəmədi, "Şəfa"ya keçdi

    4.06.2026 10:30:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved