II Liqada çıxış edən "Şəki"nin yeni baş məşqçisi bəlli olub.
Prosport.Az xəbər verir ki, bu posta Firuddin Mövsümov təyin edilib.
Mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Firuddin Mövsümov "Şəki"nin sükanı arxasında Elvin Həsənovu əvəzləyib. Həsənov maliyyə problemləri yarandıqdan sonra klubdan ayrılıb. Sponsorların imtina etdiyi bölgə təmsilçisi mövsümün sonunadək dövlət dotasiyası hesabına yaşayacaq.

