FIFA referisi Əliyar Ağayev ötən gecə UEFA Konfrans Liqasının pley-off mərhələsində KuPS (Finlandiya) və "Lex" (Polşa) arasında keçirilən ilk oyunu idarə edib.
Prosport.Az xəbər verir ki, matçda qonaqlar 2:0 hesablı qələbə qazanıblar.
Ağayev oyun ərzində 3 dəfə əlini cibinə aparmalı olub. O, görüşün 12-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Coslin Luyeye-Lutumbaya birbaşa qrımızı vərəqə verərək meydandan kənarlaşdırıb. 88-ci dəqiqədə isə hər iki komandanın bir oyunçuya sarı vərəqə göstərib.

