İngiltərənin "Nyukasl" klubunun futbolçusu Entoni Qordon azarkeşlərin səsverməsinə əsasən, Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Prosport.Az xəbər verir ki, o, pley-off mərhələsinin "Qarabağ"a qarşı keçirilən ilk oyununda (6:1) 4 qol vuraraq vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, ingiltərəli futbolçu səsvermədə Dezire Due (PSJ), Kasper Höq ("Budö/Qlimt") və Patrik Şiki ("Bayer") qabaqlayıb.

