Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Fasilədə danışdıq ki, özümüzə gəlməliyik" - Elvin Cəfərquliyev
    19.02.2026 09:41:58

    “Psixoloji cəhətdən çox rahat idik. Bəlkə də buna görə belə oldu. Daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq. Yenə də Azərbaycan bu səviyyədə oyun görməmişdi. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gəlib çıxmışıq. Azarkeşlər bizdən qələbə gözləyirdi, bu da başadüşüləndir. Növbəti oyunlarda onları sevindirəcəyik. Hakimlərlə bağlı danışmaq istəmirəm. Düşünürəm ki, o qədər də haqsızlıq olmadı”.

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev jurnalistlərə açıqlamasında deyib.

    O, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”a 1:6 hesabı ilə məğlub olduqları görüşü belə şərh edib: “Məğlubiyyət barədə çox danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Rəqibin ustalığı və futbolçuların keyfiyyəti bir daha göstərdi ki, Çempionlar Liqası necə yüksək səviyyəli turnirdir. Birinci hissədə həddindən artıq səhvlər etdik. Müdafiədə daha yaxşı, kompakt və sadə oynaya bilərdik ki, qapımızda bu qədər qol görməyək. 2-ci hissədə toparlanmağa çalışdıq. Komanda psixoloji baxımdan çətin vəziyyətdə idi, səhvlər ard-arda gəldi. Bu futboldur, belə hallar olur. Fasilədə komanda yoldaşlarımızla danışdıq ki, özümüzə gəlməliyik. Bu cür davam etmək olmazdı. Həmin hissədə fərqlənmək və irəli atılmaq istəyirdik. Stadiona gələn azarkeşlərimizə dəstəyə görə minnətdaram”.

    Cəfərquliyev “İmişli” və “Şamaxı” ilə oyunların bu matça təsirindən də danışıb: “Bu görüşə qədər vaxtımız çox olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Quba stadionunda keçirilən oyunlarda futbolçular fiziki baxımdan çox yükləndi. Hazırda sıx qrafiklə çıxış edirik. Fasilə olsaydı, bu oyuna daha yaxşı hazırlaşardıq. Heç bir oyunun təxirə salınmasını istəmirik. Əslində 3-4 gündən bir oyun keçirmək tempimizi qorumaq üçün yaxşıdır. Buna öyrəşməliyik. Stadionlarla bağlı problemlərimiz var və bu da öz təsirini göstərir”.

    Matçda komandasının yeganə qolunun müəllifi olan Cəfərquliyev şəxsi uğuru barədə də fikirlərini bölüşüb: “Pley-off mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olduğum üçün çox qürurluyam. Kaş ki, qələbə olsaydı, o zaman sevincim daha böyük olardı. Amma bu nəticə ilə də özüm üçün müəyyən sevinc yaşayıram. Səfərdə bizi burdakından üçqat çətin oyun gözləyir – həm azarkeş, həm oyun, həm də yol baxımından. İlk növbədə psixoloji cəhətdən toparlanmalı, sonra isə bərpamızı sürətləndirməliyik. Ən azı həmin oyunda yaxşı oyun göstərməyə çalışacağıq”.

    Elvin Cəfərquliyev son günlər haqqında yayılan ayrılıq iddialarına da münasibət bildirib: “Transfer məsələsi ilə bağlı danışmaq istəmirəm. Hazırda “Qarabağ”dayam və burada xoşbəxtəm. Mənim üçün hər şey yaxşıdır. Nəsə yenilik olsa, hamı biləcək”.

    Futbol

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    Futzal

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34
    Futbol

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29
    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved