“Nyukasl” azarkeşləri Bakıdakı PUB-lardan birində “Çelsi”nin bayrağını söküblər.
Prosport.Az xəbər verir ki, hadisə UEFA Çempionlar Liqasının “Qarabağ” - “Nyukasl” matçından bir gün əvvəl baş verib. Video sosial mediada yayılıb. Həmin matçı stadionda izləmək üçün Bakıya 2000-ə yaxın “Nyukasl” azarkeşi gəlib.
Xatırladaq ki, “Qarabağ” - “Nyukasl” oyunu bu gün saat 21:45-də başlayacaq.

