Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İngiltərədə heç bir komanda “Nyukasl”a qarşı oynamaq istəmir" - Qurban Qurbanov
    17.02.2026 17:34:49

    Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Böyük təcrübə qazanılası oyundur. Azərbaycan futbol tarixində ilkdir ki, bir komanda pley-off mərhələsindədir. Dünyanın 1 nömrəli liqasından gəlmiş komandaya qarşı oynayacağıq. Oyuna hazırlaşmaq üçün vaxtımız az oldu. Ümumən, futbolçuların hazırlığına kənardan baxıram, çox məsuliyyətli, həyəcanlıdırlar. Oyunu səbirsizliklə gözləyirlər. Düşünürəm ki, sabah özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Rəqibə baxmışıq, bəlkə bizə uyğun olmayan oyun üslubları var. İngiltərə Premyer Liqasında heç bir komanda “Nyukasl”a qarşı oynamaq istəmir. Çünki rəqibə oynamağa imkan verməyən komandadır. Azarkeşlərimiz önündə yaxşı mübarizə aparmağa, ağıllı və cəsarətli oynamağa çalışacaqlar. Rəqib bəzi komponentlərdə bizi üstələyir. Yaxşı fiziki gücə malikdirlər, sürətləri var. İnanıram ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərməyi bacaracaqlar.

    – “Nyukasl” da, “Qarabağ” da hücum komandasıdır. Pley-off mərhələsi iki matçdan ibarətdir. Sabah ehtiyatlı oyuna üstünlük verəcəksiniz?
    – Həmişə ehtiyatımızı saxlamağa çalışırıq. Burada bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü bəzən çox qol buraxmağımıza səbəb olub. Nəyisə arzulayırıqsa, daha yaradıcı olmalı, çoxlu variantlar axtarmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola düzgün müdafiə olunaq. Məşqlərdə, oyunlarda bunu tələb edirik. Lakin reallıq var. Rəqibin oyunçularının ustalığı düşüncələrimizi bəzən geridə qoyur. Mütləq şəkildə 2 oyun üçün düşünməliyik. Sabah azarkeşlərimizin oyundan həzz almasını istəyirəm. Məğlub olsaq belə, açıq, dinamik futbol görsünlər.

    – Çempionatın son oyununda demişdiniz ki, bərpa üçün vaxt lazımdır. Komanda sabahkı oyuna hazırdır?
    – Maksimum çalışırıq ki, hazır olaq. Əvvəlki olaylara dönməyə ehtiyac yoxdur. Bu gün oyuna hazırlaşmalıyıq. Futbolçularla da danışdıq ki, tez bərpa olmalıyıq. Futbolçular pis hazırlaşmayıb, demək olar, oyuna hazırdırlar. Oyunun gedişatında hansısa hissədə yorğunluq hiss oluna bilər. Amma inanıram ki, güc tapıb, sona kimi mübarizə aparacaqlar.

    – “Nyukasl”ın İngiltərə çempionatında son dönəmlərdə işləri yaxşı getmir. Bu, sizə hansısa üstünlük verə bilər?
    – Son iki oyunlarını qazanıblar. Premyer Liqada işlər yaxşı getmir deyə fikir yoxdur. Orda 1-ci yer ilə 15-ci yer arasında elə də fərq görünmür. Hər oyuna xüsusi hazırlaşırlar. Bəzən öz liqalarını Çempionlar Liqasından üstün tuturlar. Ola bilər ki, 2-3 oyun büdrəsinlər, amma sonra vəziyyəti dəyişə bilirlər.

    – Joni Montielin yaxşı formada olmasını nəzərə alsaq, sabah kiminlə başlayacağınızı müəyyənləşdirmisinizmi? Kadi, yoxsa Montiel oynayacaq?
    – Kadinin geri dönməsi bizim üçün xoşdur və əlavə variantdır. İstədiyimiz an dəyişiklikləri edə bilərik. Lakin tam heyəti sabah səhər bildirəcəyik.

    – Oyun “Qarabağ” və Azərbaycan futbolu üçün xüsusi önəmlidir. İlk matçda qələbə qazanaraq, sürpriz edə biləcəksiniz?
    – Qısa deyə bilərəm ki, düzgün yoldayıq. Böyük turnirdə böyük komandaların sırasındayıq. Bunlar bizə əlavə güc, motivasiya və inam verir. Gələcək işimizdə builki turnirin böyük önəmi olacaq. Bu gün favorit “Nyukasl”dır, amma biz Bakıda qalib gəlmək istərdik və bununçün hazırlaşırıq. Futbolda bəzən maraqlı nəticələr olur. İstərdik ki, biz də o nəticəni qazananların sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda intizamlı komanda var. Futbolçular və mən qələbə üçün çox istəkliyik.

    – Mateuş Koxalski sabah meydana çıxa biləcək?
    – Böyük ehtimal, hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsindən keçəcək. Riskli bir şey olmazsa, oynamaq ehtimalı böyükdür.

    Futbol

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    Futzal

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34
    Futbol

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29
    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved