Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Avropa Badminton Federasiyasının prezidenti Bakıda seçiləcək – FOTO
    20.04.2023 16:16:10

    Bu gün Avropa Badmiton Konfedersiyasının 21-22 apreldə Bakıda keçiriləcək konqresinə həsr olunmuş mətbuat konfransı baş tutub.

    Prosport.Az xəbər verir ki, konfransda Avropa Badminton Konfederasiyasının baş katibi Brayan Aqerbek və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak edib.

    Bakıda təşkil olunacaq konqreslə bağlı fikirlərini bölüşən Brayan Aqerbek tədbirə hazırlığı yüksək dəyərləndirib: “Bakıdakı konqresi səbirsizliklə gözləyirdik. Azərbaycan Badminton Federasiyası yüksək səviyyədə irəliləyişə nail olub, Avropa Badminton Konfederasiyasının ümumi fəaliyyətində, illik tədbirlərimizdə fəal iştirak edir, əməkdaşlığa dostcasına töhfə verir. Azərbaycan Badminton Federasiyası Avropa badminton ailəsinin çox əhəmiyyətli tərəfdaşıdır və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram. Azərbaycan Badminton Federasiyası hazırda Avropada ən yaxşılardan sayılır”.

    Daha sonra çıxış edən Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov isə ölkəmizin təkcə idman nailiyyətləri ilə deyil, həm də mötəbər idman tədbirlərini yüksək səviyyədə təşkil etməsi ilə dünyada tanındığını bildirib. Avropa Badminton Konfederasiyasının konqresinin Azərbaycan badmintonu tarixində ilk dəfə Bakıda keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edən Taleh Ziyadov bu tədbirin ölkəmizdə təşkil olunmasının badmintonun gələcək inkişafı baxımından yeni imkanlar açdığını deyib.

    Xatırladaq ki, 21-22 apreldə keçiriləcək konqresin gündəliyinə bir sıra məsələlər daxildir. Konqres çərçivəsində Avropa Badminton Konfederasiyasına üzv federasiyaların forumu keçiriləcək. Avropa badminton nümayəndə heyətlərinin illik toplantısında 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunmaqla yanaşı, Avropa Badminton Konfederasiyasına prezident seçkiləri keçiriləcək. Konqresin devizi inklüziv badminton olub, badmintonun hər kəs üçün əlçətanlığını tərənnüm etməkdir.

    Olimpiya Oyunları

    Paraatletika üzrə Açıq Qapı Günü keçirildi

    17.09.2026 19:54:22
    Olimpiya Oyunları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Cüdo

    Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olundu

    9.04.2026 12:46:21
    Güləş

    Paris-2024 medalları yeniləndi - MOK-da təqdimat olacaq

    8.04.2026 14:30:03
    Olimpiya Oyunları

    Olimpiya mükafatçılarımızın medalları yenisi ilə əvəzləndi

    16.03.2026 21:57:37
    Güləş

    2 idmançımızın olimpiya medalı dəyişdirilir

    25.02.2026 17:17:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved