Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu söhbəti bağlayaq, qərar verdik ki, "Qarabağ"a dəstək olaq" – Yuri Vernidub
    15.02.2026 16:47:30

    Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb.

    – Oyunun qəhrəmanı sayıla biləcək Bassalu Sambu bombardirlər siyahısında liderdir. Vensan Abubakar gələndən sonra az oynayırdı, amma sizin dönəminizdə daha yaxşı çıxış edir. Ona nə “yedizdirib, içizdirmisiniz”?
    – Azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bir neçə gün əvvəl “Forza Neftçi”nin ad günü idi. Həmin vaxt xəstələnmişdim, onların tədbirində iştirak edə bilmədim. Buna görə onlardan üzr istəyirəm. Deyim ki, əsas onların dəstəyidir ki, bu gün belə nəticələr əldə edirik. Sambu və Abubakara gəlincə, hər ikisi yaxşı hücumçudur. Fərqli planlarda oynayan futbolçulardır. Məşqçi kimi mənə seçim etmək çətindir. Hər ikisindən razıyam. Xoşdur ki, qollar vururlar. Gördüyüm odur ki, özlərini də dəyişiblər, çox çalışırlar, komanda üçün oynayırlar. Bu cür davam etsələr, daha yaxşı olacaqlar.

    – Komanda yaxşı formadadır. Heç kim belə dönəmdə formadan düşmək istəməz. “Qarabağ”la oyun təxirə salınıb və 2 həftəlik fasilə olacaq. Bu müddətdə komandanı necə tonusda saxlamağı düşünürsünüz?
    – 2 günlük istirahət olacaq. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama matçı təşkil edilsin. Olmasa da, öz aramızda oynayacağıq ki, komanda ritmdən düşməsin.

    – Ardıcıl qələbələrdən sonra futbolçulara mükafat verilirmi?
    – Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün çalışdıq və 3 xalı qazandıq. Futbolçularla çox ünsiyyətdə oluram, münasibətlər yaxşıdır. Daha çox çalışacağıq.

    – Sizə qədər ehtiyatda olan oyunçular indi daha çox şans qazanır. Hələ optimal heyəti formalaşdırmamısınız, yoxsa prinsipiniz budur?
    – Qapıçıları nəzərə almasaq, 23 futbolçumuz var. Hər biri məşqlərdə çox yaxşıdır. Anlayıram ki, hamısı eyni anda oynaya bilməz. Hər oyunçu oynamağa layiqdir. Həftə ərzində məşqlərdə yaxşı iştirak edirlər. Şərait yaradıram ki, hamısı oyunlarda da olsun. Futbolçular ancaq məşqlərdə çıxış edib, oynamasalar, fərqli nəticələr olar. Uzun müddət oynamayan futbolçu ritmini itirir. Buna görə hər zaman hamıya şans veririk ki, bir-birini əvəz edə bilsinlər. Bizdə ulduz futbolçu yoxdur, komanda, ailə var. “Ulduzlar” olanda onları idarə etmək çətinləşir.

    – Ukrayna mətbuatına açıqlamanızda bildirmişdiniz ki, “Qarabağ” və “Neftçi” Ukraynanın “Dinamo” və “Şaxtyor”u kimidir. İndi “Qarabağ”la oyunun təxirə salınmasına şəxsi fikriniz nədir? Oyunun təxirə salınması komandaya necə təsir edəcək?
    – Bu söhbəti bağlayaq. Rəhbərliklə görüşdük və qərar verdik ki, dəstək olaq. “Qarabağ” Azərbaycanı Avropada təmsil edir. Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük. Amma ümid edirəm ki, hər şey yaxşı olar. Belə də deyim, “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir.

    – Ardıcıl 3-cü qələbəni qazandınız. Azarkeşlərə yaxın gələcəklə bağlı nə deyə bilərsiniz?
    – Azarkeşlərlə yaxşı münasibətlərimiz var. Həmişə bizimlə olmalarını istəyirəm. Bu həm “Neftçi”yə, həm fanatlara lazımdır. Azarkeşlərimizlə fəxr edirəm. Sevinirəm ki, belə azarkeş ordumuz var.

    Futbol

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    Futbol

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34
    Futbol

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29
    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved