Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çox əziyyət çəkirik, belə epizodlar bizi əzir" - Füzuli Məmmədov
    14.02.2026 19:46:13

    "Karvan-Yevlax" Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub.

    Prosport.Az xəbər verir ki, qonaqların baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Çox maraqlı oyun oldu. Meydanda mübarizə getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Bilirik ki, "Zirə" yaxşı komandadır, amma bu gün biz də yaxşı oynadıq. Bir standart vəziyyətdə rəqibi buraxdıq və qapımızda qol gördük. Hesabı bərabərləşdirmək istədik. Oyunun gedişatında sistemdə dəyişiklik etdik, hücumçuların sayını artırdıq. Təəssüf ki, qol vura bilmədik. Rəqibi təbrik edirəm, növbəti matça hazırlaşacağıq.

    - Qavi Tompson meydandan çıxanda qərara etiraz etdi...

    - Hər bir fubtolçunun oyunu alınmayanda stresə düşür. Bu, normaldır. Qavi təcrübəli oyunçudur. Sakitləşdikdən sonra başa düşdü. Qavini dəyişdik ki, ora hücumameyilli oyunçu əlavə edək.

    - Artıq neçənci dəfədir ki, ilk hissədə əvəzetməyə gedirsiniz. Bu, nə ilə bağlıdır?

    - "Sumqayıt"la matçda Raufun oyunu pis alınmırdı. Müdafiədə problemlər var idi, məcburiyyətdən onu əvəzlədik. Bu gün də hesabda geridə idik. Qavi yarımmüdafiəçidir, Kinqs isə hücumameyillidir. Biz futbolçuların zəif çıxışına görə yox, hücumda effektiv olmaq üçün dəyişiklik edirik. Taktiki gedişlərdir.

    - Birinci hissədə potensial penalti epizodu var idi. Təkrara baxdınız?

    - Baxdım. VAR-da oturanlar da baxırlar. Dirsək var idi, amma necə dəyərləndirirlər, bilmirəm. Hakimlər bizdən daha biliklidir. O epizodda dirsək var idi. Amma fərq var. Bizim müdafiəçimizə qarşı dirsək zərbəsi oldu.

    - Ötən oyunda da rəqibinizə aşkar qırmızı vərəqə verilməmişdi. Sonuncu pillədə olduğunuza görə hakimlər sizə qeyri-ciddi yanaşırlar?

    - Çox təsir edir. Biz çox əziyyət çəkirik. Futbolçular da əziyyət çəkirlər. Hər oyuna qalibiyyət üçün çıxırıq. Belə epizodlar bizi əzir. Bizim oyunlarda hakimlər maksimum diqqətli olmalıdır. Hansısa səhv bizi Premyer Liqadan sala bilər. İstəyim odur ki, hakimlər bizim matçlarda çox diqqətli olsunlar.

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved