Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Belə meydançada oynamağa necə icazə verilə bilər?" - Qurban Qurbanov
    14.02.2026 17:22:20

    Azərbaycan Premyer Liqasının XX turunun “İmişli” – “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçularıma təşəkkür edirəm, vacib qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm, yaxşı atmosfer var idi. “İmişli”yə uğurlar arzu edirəm.

    – Meydançanın durumu komandanın oyununa nə dərəcə təsir etdi?
    – Meydança yox idi… Belə meydançada oynamağa necə icazə verilə bilər? Bir neçə gün əvvəl İspaniya La Liqasında meydançanın durumuna görə 2 oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. İrad bildirəndə deyirlər ki, ancaq “Qarabağ”, “Qarabağ”… Buna nə Qurban, nə başqası lazımdır. Belə olmaz. Bu meydançanı görməyə Qurban, “Qarabağ” lazım deyil. Belə meydançada oynamaq olmaz. Zədəsi var, o var, bu var. Dərindən düşünüb, nəsə etməyə çalışsaq, hər şeyə çıxış yolu tapılar. Nə meydança var, nə temp var. Heç nə də. "Nyukasl” üçün hazırlaşırsan, gəlib burda oynayırsan. “Nyukasl”la oyuna necə hazılaşaq? Bugünlük məsələ deyil. Burada bütün komandalar şikayət edir. Nəsə etmək olmaz? Oturub gözləyirik ki, oyun nə vaxt bitəcək, zədə olmasın. Futboldan başqa nə desən, var idi.

    – Mateuş Koxalski nə üçün oynamadı? 
    – Mikro zədəsi var. Bakıya gedəndən sonra son durumu bilinəcək.

    – Əvəzetmələri də zədə ehtimalına görə etdiniz?
    – Həm oyunun gedişatına görə, həm də bəzi oyunçuların ağır yüklənməsini istəmədim. Oyun gərgin idi. Belə komandalar futbol oynamağa imkan vermir, əlavə güc sərf edirsən.

    – Kadinin gördüyü qırmızı vərəqə ilə bağlı nə düşünürsünüz, nə baş verdi?
    – Deyiləcək söz yoxdur. Futbol mübarizə oyunudur. Rəqib 3 metr boyunca Kadini saxladı. Sonra ani epizodda gəlib “qırmızı” verir. Bilmirəm, görürdülər? Bəlkə də VAR-dan dedilər. Ya Əliyar dedi, ya da… Onsuz da Əliyar bizim oyunlarda maraqlı qərarlar verir. Yəqin, nədənsə ehtiyat edirlər. Əvvəlki oyunda Bəhlula qırmızı vərəqə verilmədi, çox danışıldı, indi ehtiyat edirlər. İstəmirlər yenə danışılsın. İnanmıram ki, hakimlərin belə meydançada oyun idarə etməyə haqqı var, ya yox. Hansı əsrdə yaşayırıq? Futbolumuz inkişaf etsin deyirik, amma… Başa düşürəm, yeni komandadır, arena yoxdur. Onda Bakıda məşq etməsinlər, burda etsinlər. Niyə burda oynayır, məşqi Bakıda keçirlər? Niyə danışıram? Bəlkə bu sözlərlə meydançanın durumunun yaxşılaşması üçün nəsə edərlər. Bizim kimdənsə asılacağımız yoxdur, istəyirik ki, normal futbol oynansın. Birbaşa deyirəm, mən bu son 2 səfər oyununa 4 matçın gücünü sərf etdim. “Nyukasl”la oyuna hazır olmayacağıq, bunu indidən deyirəm.

    – Arena ilə bağlı iradlarınızı İcraiyyə Komitəsində bildirəcəksiniz? 
    – Həmişə iradlarımızı bildiririk. İstəyirik ki, hamının öz stadionu olsun. 1 illik vaxt verilib. Amma belə də etmək olmaz axı, gözləyirlər ki, onsuz 1 il var. Lisenziya şöbəsi baxmalı, qərar qəbul etməlidir. Stadionu gəzib, baxmışam. Futbolçu qaça bilmir. Güc sərf edir, amma olmur. Düzü, çox məyusam. Son vaxtlarda futbolda bu qədər məyus olmamışdım.

    – Son günlər sanki “Qarabağ”a qarşı aqressiya var. “Neftçi” ilə oyunun təxirə salınması da çox danışıldı, sanki “Qarabağ”ın uğurları qısqanılır…
    – Bunlar dünya futbolunda da olan şeylərdir. Hansısa komandanın üzərinə çox gedilir, normaldır. Amma inanmıram ki, bizə qarşı nəsə olsun. Hər şeyi normal qarşılayırıq. Onsuz uğuru olan komandaya qarşı mövzu çox olur. Böyük futbola hörmətlə yanaşmaq lazımdır. Azərbaycan olaraq varlı ölkəyik, bu dəqiqə bütün dünyada bizi tanıyırlar, dəyərləndirirlər. Bəzi məsələlər var ki, həll edilməlidir.

    – “Nyukasl”la oyuna hazırlıq necə olacaq?
    – “Nyukasl”a qarşı necə oynamalıyıq? Bilirik ki, sürətli komandadır, Premyer Liqada oynayırlar, danışmağa ehtiyac yoxdur. Sürətli oynamalıyıq, düşünməliyik. Amma son 2 matçımızda heç birini edə bilmədik. Bəlkə də düşündüyüm 1000 ötürmə idisə, heç 500-ünü edə bilmədik. Hər bir halda, təcrübəmiz var. Ancaq heç vaxt belə hazırlıq olmamışdı.

    Futbol

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    Futbol

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34
    Futbol

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29
    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved