Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.
Turun açılış matçında “Qarabağ” “İmişli”nin qonağı olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 14:30-da başlayacaq.
Turnir cədvəlində Ağdam təmsilçisi 42 xalla 2-ci, İmişlinin eyniadlı klubu isə 19 xalla 9-cudur.
Günün son oyununda “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək.
Hazırda 32 xalı olan paytaxt təmsilçisi 4-cü sırada yer alıb. Yevlax klubu isə 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.

