Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli yeni klubu "Kayzerslautern"də məşqləri bərpa edib.
Prosport.Az xəbər verir ki, 28 yaşlı futbolçu artıq 2 gündür komandasının ümumi hazırlığında iştirak edir.
Emreli 2025-ci il noyabrın 8-də "Herta"ya qarşı Almaniya 2-ci Bundesliqasının matçında zədə alıb və o vaxtdan həm oyunlardan, həm də komandasının ümumi məşqindən kənarda qalıb. Onun sabah "Qroyter"lə çempionat matçında iştirak edib-etməyəcəyi isə hələ məlum deyil.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.

