UEFA Millət Liqası çərçivəsində 2024/2025-ci illər mövsümü üzrə milli assosiasiyalara ayrılan vəsait açıqlanıb.
Prosport.Az xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun tərtib etdiyi maliyyə hesabatında öz əksini tapıb.
Hesabata əsasən, C Liqasında çıxış edən Azərbaycan yığması turnirdə iştiraka görə 1 milyon 125 min avro gəlir əldə edib.

