“Xankəndi” heyətini yeni müdafiəçi ilə gücləndirib. Prosport.Az xəbər verir ki, II Liqa təmsilçisi Murad Fərzəliyevlə mövsümün sonuna kimi müqavilə imzalayıb. Qeyd edək ki, futbolçunun son klubu I Liqada çıxış edən “Səbail” olub.