"Şahdağ Qusar" qış "transfer pəncərəsi" zamanı heyətini "Səbail"in yetirməsi Ədilxan Qarəhmədovla gücləndirib.
Prosport.Az xəbər verir ki, Qusar təmsilçisi futbolçunu "Şəfa" klubundan icarəyə götürüb.
25 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər "Şahdağ Qusar"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ədilxan Qarəhmədov ötən mövsüm "Şahdağ Qusar"ın heyətində II Liqanın qalibi olub.

