AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XIX turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Prosport.Az xəbər verir ki, o, ümumilikdə 4 matçda qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis FIFA referisi Kamal Umudlunun "Şamaxı" - "Qarabağ" görüşündə qonaqların futbolçusu Bəhlul Mustafazadəyə sarı vərəqə göstərməli olduğunu bildirib.

