Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Deyilsə, "Qarabağ"la oynayaq, oynayacağıq" - Yuri Vernidub
    10.02.2026 22:40:28

    Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – 2-ci hissədə komanda ilk hissədəki tempi göstərə bilmədi. Səbəb nə idi?
    – Bəli, səmimi desəm, ilk hissə kifayət qədər yaxşı oynadıq, rəqibə fürsət vermədik. Daha bir qol da vura bilərdik. Digər məsələ isə psixologiya ilə bağlı idi. Komanda ev oyunlarında uzun müddət idi qələbə qazanmırdı, ona görə psixoloji gərginlik vardı. Uşaqlara dedim ki, bizə qələbə lazımdır, sonra da yolumuza davam etməliyik. Futbolçulara təşəkkür edirəm. Oyun yaddan çıxır, amma hesab həmişə qalır.

    – “Qarabağ”la oyunun təxirə salınmasını istəmədiyiniz bildirilir… 
    – Kim yazır bunu? Deyilsə, oynayaq, oynayacağıq. Desələr yox, oynamayacağıq.

    – Rəqib məşqçi dedi ki, oyunda aqressiya var idi…
    – Aqressiya yox, intensivlik var idi.

    – “Qarabağ”la oyun məsələsi çox gündəmdə qaldı. Onlarla matça xüsusi motivasiya ilə çıxmağa ehtiyac var, yoxsa sıradan oyun olacaq?
    – Azərbaycan çempionatında 12 komanda var. Mənimçün rəqibin fərqi yoxdur. Hər oyun vacibdir.

    – Hakimlik barədə fikirləriniz?
    – Mən baş məşqçiyəm, işim komandanı meydana çıxarmaqdır. Hakimlərin işinə Hakimlər Komitəsi rəy verir. Bəzi epizodlarda anlaşılmazlıq oldu. Amma qərəz olduğunu düşünmürəm.

    – Breno Almeyda oynamağa hazırdır?
    – Onu uzun müddətdir izləyirdik. Yaxşı skautlarımız var. Bu oyunçu skautların və məşqçi heyətinin xoşuna gəlib. Cinahlarda və mərkəzdə oynaya bilir. Yaxşı driblinqi, sürəti var. Ondan gözləntilərin çoxdur. Sabahdan bizimlə məşqlərə qoşulacaq. Tam hazır olması üçün vaxt lazımdır. Onu dərhal oyuna buraxa bilmərəm. Baxmaq, tanış olmaq lazımdır.

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved