Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Nərimanın getməsi lazım idi, adam özündə deyildi" - Qurban Qurbanov
    10.02.2026 17:53:59

    Azərbaycan Premyer Liqasının XIX turunun “Şamaxı” – “Qarabağ” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Azarkeşlərə təşəkkür edirəm, son 2 səfərdə yanımızda oldular. Futbolçulara təşəkkür edirəm, vacib qələbə qazandıq. İndi futboldan danışmaq bəlkə, düzgün olmaz. Bu gün xarakter önəmli idi. İlk hissədə “Şamaxı” bizdən daha aqressiv idi. Fasilədən sonra oyunu ələ ala bildik. Sonda da topa nəzarət edərək qalibiyyət qolunu vurduq. Vacib 3 xal idi. “Şamaxı”nı da təbrik edirəm. Ayxana uğurlar arzu edirəm. Yaxşı, mübariz komandası var.

    – “İmişli” ilə matçda da meydanda əsas heyət olacaq?
    – Hansısa dəyişikliklər ola bilər. Bu heyət bundan əvvəl oynamamışdı. İstirahətə ehtiyacları var idi. Dəyişikliklər qaçılmazdır. Bəzi rotasiyalar edə bilərik. Həm Kadi qayıdır, həm də digər mövqelərdə bəzi dəyişikliklər ola bilər. Bəzi futbolçulardan narazıyam, istədiyim performansı göstərə bilmirlər. Müəyyən nüanslar var ki, düzgün, vaxtında etmək lazımdır. Qarşıda bir neçə günümüz var, nələrisə dəyişə bilərik. Hər komanda bizə fərqli yanaşır. İnanıram ki, sonda doğrusunu edəcəyik.

    – Nəriman Axundzadənin gedişi haqda fikirləriniz nədir?
    – Danışıqlar ciddi gedir. Sona yaxınlaşır, lakin bəzi məqamlar hələ tam dəqiqləşdirilməyib. Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşdı ki, təklif var, getməyim və ya qalmağımla bağlı nə düşünürsünüz. Hər dəfə belə xoşagəlməz hallar yaşanır. Lakin təklif elə yerdən gəlir ki, ora ancaq pul üçün getmək olar. Pul da elədir ki… Çalışırıq ki, komandanı oyunlara yaxşı hazırlaya bilək.

    – “Neftçi” ilə oyunun təxirəsalınma məsələsi nə yerdədir?
    – Rəhbərlik səviyyəsində danışıqlar gedir. Bu haqda söhbət etməmişik.

    – “İmişli” ilə səfər oyunu Qubada olacaq. Arenanın vəziyyəti pisdir. Stadion dəyişməklə bağlı müraciətiniz olub?
    – Bir dəfə etdik, dəyişildi. İndi bilmirəm. Böyük ehtimalla, Qubada oynayacağıq.

    – Bəhlulun komandada qalmağı nəylə bağlı oldu? 
    – Bir sıra detallar var idi. Bəhlulun tərəfində idim. Məncə, çox dərinə getməyək.

    – Nərimanın getməsindən sonra transfer gözlənilir?
    – Bizim üçün ürəkaçan deyil. Sadəcə Nərimanın son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu, ya oxuyub gəlirdi, ya qarşısına nəsə çıxırdı. Nəriman son 2 ildə ən məhsuldar oyunçularımızdandır. Getməsinə ehtiyac var idi, toparlansın, özünü tapsın. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Edəcək nəsə yoxdur, təki, onunçün yaxşı olsun. Son 2 ildə çox əziyyət çəkib. İnşallah, daha yaxşı Nəriman görərik.

    – Montiel bu gün qələbədə əsas pay sahibi oldu. Bəzi epizodlarda aqressiv idi…
    – Futboldur, o da insandır. Bəzi epizodlarda narazılıqlarını bildirir. Məncə, qabarıq şəkildə nəsə etmir. Bu oyunlarda belə olmaq lazımdır.

    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Futbol

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36
    Futbol

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51
    Futbol

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    Futbol

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved