Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Buraxdığımız qol xeyrimizə oldu" - Rəşad Sadıqov
    8.02.2026 21:23:56

    Azərbaycan Premyer Liqasının XIX turunun “Sumqayıt” – “Zirə” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Baxımlı oyunun şahidi olduq. 2-ci hissədə daha üstün oynadıq. Fasiləyə bir top üstünlüyü ilə getdik. 2-ci hissədə də yaxşı oynadıq. Rəqibin sonlara yaxın təhlükəli epizodları da oldu. Vacib qələbə qazandıq. Futbolçuları göstərdikləri oyuna görə təşəkkür edirəm.

    – Fasilədə futbolçularla nə danışdınız?
    – Fasilədə onu danışdıq ki, 2-ci hissəyə fəal başlayaq. Kubok oyununda 2 fərqli hissə olmuşdu. Bilirdik ki, “Sumqayıt”ın hücum gücü yaxşıdır. 2-ci hissənin ilk dəqiqələri bizim üçün çətin keçdi. Buraxdığımız qol xeyrimizə oldu. Bundan sonra daha fəal oynadıq. Kombinasiyalarımız olurdu, amma qol vura bilmirdik. İstədiyimiz qol 89-da gəldi.

    – Uzun müddət idi qələbə qazana bilmirdiniz. Bu gün seriyanı bitirdiniz. Qələbə üçün xarakter lazımdır, ya ustalıq?
    – Qələbə üçün bütün komponentlərdə yaxşı olmalısan, ən yaxşısını etməlisən. İstər bu gün, istərsə də kubok oyununda, yaxşı oynamışdıq, futbolçulardan razı qalmışdım. Bu gün də çətin olacağını bilirdik. Nə qədər belə oyunlar olsa, çempionatımız daha maraqlı olar.

    – Bu oyundan sonra kubokda şansları necə dəyərləndirirsiniz?
    – Kubokda hər şey 0-dan olacaq. “Sumqayıt”ın gücünü bilirik və nədəsə üstün olduğumuzu demək olmur. Çalışacağıq ki, oyuna qədər zədəlilərimiz tam sağalsın. Hər itki komandaya təsir edir. Məsələn, bu gün “Sumqayıt”ın da itkiləri var idi. Onlar da olsaydı, bizə daha çətin olardı.

    – “Neftçi” ilə matçdan sonra bildirmişdiniz ki, mövsümün 2-ci hissəsi çətin olacaq. Bu çətinliyə qarşı hansısa ehtiyat variant hazırlamısınız?
    – Komandamızın müəyyən strategiyası var. Fərqli oyunçularla da komandanı gücləndirmək istərdik. Amma əlimizdə olan futbolçulardan razıyam. Bəzən zamana ehtiyac olur ki, potensiallarını açsınlar. Çalışırıq ki, imkanlarımızın ən yaxşısını edək.

    – Transfer dönəmini bağlamısınız? Bu heyət avrokuboklara vəsiqə üçün kifayət edəcək?
    – Ən yaxşı variantımız futbolçularımızın ideal formada olması, zədələrin, itkilərin azlığıdır. Bəlkə, alınsa, bir futbolçu ilə güclənərik. Maksimum bir transfer ola bilər. İndiki məqamda ən yaxşı silahımız futbolçuların yaxşı formada olmasıdır.

    – Mövqeyi nədir?
    – Hücumda oynayır. Həm vinger, həm də hücumçu kimi çıxış edir.

    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Futbol

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36
    Futbol

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51
    Futbol

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    Futbol

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved