Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən “Sabah”ın baş məşqçisiyəm, “Qarabağ”ın yox" - Valdas Dambrauskas
    8.02.2026 18:54:54

    Azərbaycan Premyer Liqasının XIX turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Oyunçularımı təbrik edirəm. Həqiqətən, çox möhtəşəm qələbə idi. Futbolçuların bu gün necə arzulu, istəkli olduğunu gördüm. Məğlub etdiyimiz komandalar – “Zirə”, “Araz-Naxçıvan” top kollektivlərdir, yaxşı heyətləri var. İstərdim ki, azarkeşlərimizi də təbrik edim. Amma daha çox fanatın olmasını istərdim. İlk hissənin 16-cı dəqiqəsinə qədər 3 gözəl qol vurduq. İlk hissənin bəzi anlarında təşəbbüsü itirsək də, sonra balans yaratdıq. Fasiləyə qədər daha bir neçə qol vura bilərdik. 2-ci hissəni də yaxşı keçirdik. 4-cü qolumuz həqiqətən, çox möhtəşəm idi. Bir az məyusuq, çünki qol buraxmaq istəmirdik. Yenə də 4:1 bizim üçün yaxşı nəticədir. İndi bu matçı unudub, qarşıdakı oyuna köklənməliyik.

    – “Sabah”ın çempionluq yolundakı əsas rəqibi “Qarabağ”ın liqadakı oyunu təxirə salına bilər. Bununla bağlı fikirləriniz nədir?
    – Mənim komandam “Araz-Naxçıvan”la oynayıb. Nə üçün “Qarabağ” haqda danışım? Mən “Sabah”ın baş məşqçisiyəm, “Qarabağ”ın yox. Demək olar, hər konfransda “Qarabağ”la bağlı suallar verilir. Bu tip suallara cavab vermək istəmirəm. Bunu dediyim üçün üzr istəyirəm, amma “Qarabağ” haqda suallar mənə, bizə bir az hörmətsizlikdir. Onlara böyük hörmətim var. Sadəcə, mən ancaq komandam haqda danışmaq istəyirəm.

    – Sualın verilməsinin səbəbi odur ki, “Qarabağ”ın oyununun təxirə salınması sizə haqsızlıq deyil?
    – Təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun.

    – Ardıcıl 3 oyundur ki, ilk hissənin əvvəlində 3 qol vurursunuz, amma sonra məhsuldarlıq aşağı düşür. Siz tapşırırsınız ki, çox güc sərf etməsinlər?
    – Təbii ki, yox. Komandamın 10 qol vurmasını istəyərəm. Heç bir liqada bu, mümkün deyil. 5 qol vurulubsa, az deyil. Futbolda ortalama 2-3 qol yaxşı hesab edilir. Çünki rəqiblər də 2-3 qol buraxdıqdan sonra bunların qarşısını almağa çalışır. 2-ci hissədə pressinq edirdik və görürük ki, daha çox qol vurmağa çalışmışıq. Əvvəl 0:0, 1:0 olanda deyirdiniz ki, niyə məhsuldar deyilsiniz. İndi 4 qol vururuq, niyə daha çoxunu vurmadığımızı deyirsiniz…

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved