“İmişli” heyətinə yeni futbolçu cəlb edib.
Prosport.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Raid Abbaszadə bundan sonra Premyer Liqa təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, bu, "İmişli"nin qışda 3-cü transferi olub. Bölgə klubu daha əvvəl Dioqo Kardozu və Nazim Hüseynovu heyətinə qatıb.

