Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"yə təklif etdik, "yox" dedilər" – Qurban Qurbanov
    5.02.2026 17:37:55

    Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Şamaxı” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Azarkeşlərə təşəkkür edirəm. Belə havada komandanı tək qoymadılar. Oyuna gəlincə, kubokda ilk matç idi və ciddi nəticə oldu. Cavab görüşünə ciddi hazırlaşmalıyıq. “Şamaxı”nı, Ayxanı, futbolçularını təbrik edirəm. Layiqli qələbə qazandılar.

    – Məğlubiyyətə səbəb nə oldu?
    – “Şamaxı” yaxşı oynadı, qalib gəldi.

    – Dumanlı havada oynanılmaya münasibətiniz nədir?
    – Münasibət bildirəcək şey yoxdur. 2-ci hissədə demək olar ki, heç nə görünmədi. Elə gözləyirdik ki, oyun bitsin.

    – Yeni transfer Jeremi Nqalini hansı mövqedə oynadacaqsınız?
    – Müdafiəçi mövqeyində.

    – “Qarabağ”ın sıx təqvimi və “Neftçi” ilə oyunun təxirə salınmaması çox müzakirə olunur. Bunu normal qarşılayırsınız?
    – Sosial şəbəkələrdə olmuram. Hər hadisəyə normal yanaşıram. Burda kim haqlı, kim haqsız deyə bir şey yoxdur. Biz PFL-ə müraciət etdik ki, imkan varsa, təxirə salınsın. Burda rəqib “Neftçi” yox, digər rəqib də ola bilərdi. Məni narahat edən oyunun 6 gün sonra olmasıydı. Oyunun təxirə salınması bizim üçün yaxşı mənada təkan olardı. Lakin indi nəsə demək düz olmaz. İdman prinsipləri var. Reqlamentdə var ki, pley-offa çıxsaq, hansısa oyun güzəşt ola bilər. Bakıdakı “Turan Tovuz”la oyundan sonra da bildirdim ki, müraciət edəcəyik. Burda problem yoxdur. “Neftçi”nin də öz planları, hazırlığı var. Onları da başa düşürəm. Belə hallar olur. İndi təxirə salınma olmayıbsa, kimdənsə incimək fikrimiz yoxdur. İndi daha dərindən hazırlaşmalıyıq.

    – “Nyukasl”da hansısa diqqətinizi çəkən xüsusi məqam var?
    – Çoxdur. Özünəxas üslubu var, bərk komandadırlar. Qarşılarındakı rəqibə oynamağa imkan verməməyə çalışırlar. Güclü futbolçuları var. Digər komandalar kimi onların da təcrübələri danılmazdır. Onlar da istəkli olacaq. İnşallah, daha yaxından təhlil edib, ətraflı fikir bildirmək olar.

    – “Neftçi”nin sizə neqativ cavab verəcəyini gözləyirdiniz?
    – Neqativ deməzdim, sadəcə “yox” deyiblər, bildiriblər ki, oynamaq istəyirik. Hamıdan gözləmək olar. Qarşımızdakı rəqibin də öz proqramı, hazırlıq prosesi var. İstənilən klubun cavabı “yox” ola bilərdi. Bizim tərəfdən üzərinə gediləcək məsələ deyil. Azarkeşləri başa düşmək olar, onlar müzakirə edə bilər. Düzdür, təxirə salınma bizim üçün yaxşı olardı ki, matça daha yaxşı hazırlaşacaq. Qarşıda çətin səfərlər var. “Nyukasl”la oyuna hazırlıq baxımından heç də yaxşı deyil. Şanslarımızdan maksimum istifadə etmək istərdik. Bu gün razılaşmırıq ki, “Nyukasl”dır və məğlub olacağıq. Sona kimi mübarizə aparmağa çalışacağıq. Niyə daha yaxşısını etməyək, sona kimi mübarizə aparmayaq? Bununçün də yaxşı hazırlıq, yorğunluqdan uzaq olmaq lazımdır. Təklif etdik, alınmadı. İndi başqa variantlara əl atacağıq. Çempionlar Liqasında bura kimi gəlmişiksə, çox ciddi hazırlaşmalıyıq. "Bəsdir” demək istəmirik.

    Futbol

    Millimizin heyəti açıqlanıb

    23.07.2026 19:41:14
    Futbol

    "Qarabağ" - MOİK: HEYƏTLƏR

    23.07.2026 19:02:47
    Futbol

    Azərbaycan komandası Avropa Universitet Oyunlarının yarımfinalında

    23.07.2026 18:16:24
    Futbol

    "Araz-Naxçıvan" Bakını tərk edir

    23.07.2026 17:41:35
    Futbol

    "Qarabağ"ın rəqibi portuqaliyalı müdafiəçi ilə maraqlanır

    23.07.2026 16:48:45
    Futbol

    Azərbaycan Premyer Liqası və Kubokunda mövsümün tam TƏQVİMİ

    23.07.2026 15:45:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin heyəti açıqlanıb

    23.07.2026 19:41:14

    "Qarabağ" - MOİK: HEYƏTLƏR

    23.07.2026 19:02:47

    Azərbaycan komandası Avropa Universitet Oyunlarının yarımfinalında

    23.07.2026 18:16:24

    "Araz-Naxçıvan" Bakını tərk edir

    23.07.2026 17:41:35

    Bakıdakı dünya çempionatının sponsorları bilindi

    23.07.2026 17:13:35

    "Qarabağ"ın rəqibi portuqaliyalı müdafiəçi ilə maraqlanır

    23.07.2026 16:48:45

    Millimiz Xorvatiyaya bu heyətlə yollandı - ADLAR

    23.07.2026 16:14:01

    Azərbaycan Premyer Liqası və Kubokunda mövsümün tam TƏQVİMİ

    23.07.2026 15:45:39

    Mamadu Kane Azərbaycana qayıtdı

    23.07.2026 15:06:23

    I Liqa klubunda yeni təyinat

    23.07.2026 14:40:21

    Niderlandın yığmasının sabiq müdafiəçisi "Şəfa"da - FOTOLAR

    23.07.2026 14:13:03

    Eto "Qarabağ"a qarşı oynamayacaq

    23.07.2026 13:42:01

    Toral Bayramov "Bursaspor"da legioner sayılmaya bilər

    23.07.2026 13:15:01

    "Dinamo" Bakıda unikal rekorda imza atdı

    23.07.2026 12:45:56

    "Zirə"dən ayrılan futbolçu Almaniya klununa keçdi

    23.07.2026 12:12:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved