Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Xüsusi bir plan yoxdur, əlimizdə olan futbolçularla oynayırıq" - Saşa İliç
    4.02.2026 20:13:51

    "Kubok oyunları iki matçdan ibarətdir. Bu gün meydanda bərabər oyun gördük. Hər iki komandanın bir neçə qol epizodu oldu. Nəticəni ədalətli hesab edirəm".

    Prosport.Az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 

    Serbiyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.

    - "Zirə" ilə 3 gün sonra çempionatda qarşılaşacaqsınız. Bu oyunda həmin matç üçün hansısa taktiki gedişləri sınaqdan keçirdiniz?

    - Xüsusi bir plan yoxdur. Əlimizdə olan futbolçularla oynayırıq. Qısa müddətdə eyni rəqiblə 2 oyun keçirmək, təbii ki, çətindir. Uğurlu nəticə əldə etmək üçün optimal heyəti qurmağa çalışacağıq.

    - Bu gün ehtiyatlı oynamağınız taktiki gediş idi, yoxsa oyununuz alınmadı?

    - Kubok matçıdır. Təbii ki, ehtiyatlı oynadıq. Havanın da təsiri oldu. "Zirə" kimi komandaya qarşı diqqətli olmaq lazımdır. Rəqibin də çox şansı olmadı.

    - Oyunun sonlarında rəqibin real qol şansları oldu. Sizcə, bu, müdafiədəki problemlərlə bağlı idi?

    - Sizinlə razı deyiləm. Futbolda olan şeylərdir. Bizim də epizodumuz oldu. Müdafiəçi Səbuhi Abdullazadənin zərbəsini blokladı və davamında rəqib əks-hücuma çıxdı. Son dəqiqələrdə daha zəif oynadığımızı deməzdim. Bəzi futbolçularımız zədədən sonra 90 dəqiqə oynamağa hazır deyil. Xüsusilə də gənc oyunçuları qeyd edərdim. Buna görə müəyyən dəyişikliklər etməliyik. Bunun da təsiri ola bilər.

    - Komanda ötürmələrdə çoxlu səhvə yol verir. Bunun səbəbi nədir?

    - Demək istərdim ki, havanın təsiri oldu. Düz qeyd edirsiniz, səhvlər oldu. Həmişə demişəm ki, daha sadə oynamalıyıq. Topu itirəndə mübarizəni davam etdirməliyik. Hava pis olsa da, meydançamız əla vəziyyətdə idi. Ona görə də hava şəraiti bəhanə ola bilməz.

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved