"İmişli" yeni futbolçu transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi 23 yaşlı portuqaliyalı hücumçu Dioqu Kardozu ilə müqavilə imzalayıb.
Dioqu Kardozu "Benfika" yetirməsidir. Onun son klubu Portuqaliyanın 3-cü Liqada (II divizion) çıxış edən "Dezembru" komandası olub.
Qeyd edək ki, "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya da portuqaliyalıdır. Heyətdə portuqaliyalı hücumçu Dioqu Almeyda da çıxış edir.

