Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" heyətini anqolalı futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi son olaraq Finlandiyanın "Kokkolan" klubunda çıxış edən yarımmüdafiəçi Aqostinyo Çipesseni transfer edib.
O, karyerası ərzində Portuqaliyanın "Jil Visente", "Vilaverdense", "Vilanovenses" klublarında oynayıb. Futbolçu ilə "5 ay+1" illik müqavilə imzalanıb.

