“Xankəndi” bir sıra futbolçularla vidalaşıb.
Prosport.Az xəbər verir ki, II Liqanın iddialı klubu 5 oyunçu yollarını ayırıb.
Bunlar Əliəkbər Şəbiyev, Məhərrəm Məmmədli, Adəm Topalov, Mirkamil Əliyev və Hüseyn Mənəflidir.
Əvəzində isə “Turan Tovuz”, “Neftçi” və “Zirə”nin sabiq futbolçusu, son olaraq "Baku Sportinq"də çıxış etmiş Əli Mürsəlovla mövsümün sonuna kimi müqavilə imzalanıb.

