"Qarabağ”ın fransalı müdafiəçi Jeremi Qnalinin transferi üçün Kiprin AEK klubuna ödədiyi məbləğ məlum olub.
Prosport.Az transfermarkt-ə istinadən xəbər verir ki, Ağdam klubu 23 yaşlı sol cinah müdafiəçisi üçün 100 min avro (təxminin 200 000 manatdan çox) ödəyib. Qnalinin bazar dəyəri 450 min avrodur.
Azərbaycan çempionu yeni futbolçusu ilə 2,5 illik müqavilə imzalayıb.

