Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Prosport.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan şəxs “Kəpəz”in futbolçusudur. O, qış fasiləsində “Turan Tovuz” klubundan transfer edilib.

