Avrokuboklar uğrunda mübarizə aparan “Zirə”də ayrılıq yaşanıb.
Prosport.Az xəbər verir ki, "qartallar” Fuad Bayramovla yolları ayırmaq qərarına gəlib.
27 yaşlı solaxay müdafiəçi karyerasını Premyer Liqada yox, I Liqada davam etdirəcək. O, elitaya yüksəlməyə iddialı “Mingəçevir”lə anlaşıb.
Klublar arasındakı razılaşmaya əsasən, futbolçu bölgə təmsilçisində mövsümün sonuna qədər icarə əsasında top qovacaq.
Maraq üçün bildirək ki, Fuad Bayramovun “Zirə” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

