"Sumqayıt" klubu portuqaliyalı futbolçusu Pedru Pintu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi sabiq klubuna qayıdıb.
O, Anqolanın 19 qat qalibi, 15 dəfə Kubokunun və 6 dəfə Super Kubokunun qalibi olmuş "Petro Atletiko"ya keçib.
Qeyd edək ki, Pedru Pintu ötən ilin yayında "Sumqayıt"a məhz bu klubdan gəlmişdi.

