Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi" ilə matçımız təxirə salına bilər" – Qurban Qurbanov
    1.02.2026 21:41:12

    Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Vacib qələbə idi. Futbolçularım xarakter göstərdi. Azarkeşlərə təşəkkür edirəm, bizi dəstəklədilər. Yaxşı, bərk komandaya qarşı oynayırdıq. “Turan Tovuz”un özünəxas oyunu var. Belə matçlarda ritmi tutmaq asan deyil. Hər pauza, cərimə zərbəsi rəqibin üstünlüyü idi. Sona yaxın standart vəziyyətlərdən təhlükə yaratdılar.

    – Adətən, səfər oyunlarından sonra 2-ci heyətə üstünlük verirsiniz. Bu gün isə “Turan Tovuz”a qarşı əsas heyəti buraxmışdınız. Bu addımı çempionluq yolunda təhlükə yarandığı üçün atdınız?
    – Belə hallar olur. Uzaq səfərdən gəlmişdik, yorğunluq var idi. Lakin futbolçulara bildirmişdim ki, bu oyuna hazır olmalıdırlar. Həm də artıq ehtiyac var. Narahat olduğum zədələrdir. Belə matçlarda mikro zədələr yarana bilər. Futbolçuların hazırlığına baxandan sonra qərar verdik ki, bu heyətlə çıxaq.

    – Çempionlar Liqasında yüksək səviyyədə oyunlar və hakimlər görmüsünüz. Bizim yerli FIFA referilərinə nə tövsiyə verə bilərsiniz?
    – Heç nə, oyun zamanı emosiyalar olur. Sadəcə, oyun çox dayanırdı. Bəzi epizodları davam etdirmək olardı. Elçin Məsiyev təyinat alanda rahat oluram. Çünki Avropa təcrübəsi var, oyun tempini yaxalaya bilir. Bəzi anlarda emosiyalara qapıldıq, lakin sonra səbəbi ona bildirdim. Normal qarşıladı. Biz kənardayıq və bəzi epizodlarda yanıla bilərik. Sadəcə, oyun çox dayananda bir az aqressiya yaranır. Tempin düşməsinə görə fikirlərimi bildirmişdim. Amma ümumi götürəndə onlar bizdən daha yaxşı bilir.

    – 21 il sonra “Nyukasl”ın stadionuna gedəcəksiniz. Xatirənizdə necə qalıb?
    – Normal, olduğu kimi. O vaxt çılğın azarkeşlər var idi, bir az vahiməli idi. Orada sanki başqa bir futbol var. İngiltərə Premyer Liqası bütün liqaları üstələyir. Dünən yəqin “Liverpul” – “Nyukasl” oyununa baxdınız, ilk hissədə demək olar ki, oyun 2 dəfə dayandı, ya yox. Orada futbol başqadır. Hər komanda sona kimi mübarizə aparır. Elə bir vəziyyət yaranıb ki, sanki oyunun sonlarını azarkeşlər üçün oynayırlar. Daha çox mübarizə, qol olur.

    – İbrahima Vacinin epizodunda qırmızı vərəqə və sizin qolunuzda ofsayd şübhəsi var idi. Təkrara baxmışdınız?
    – “Qırmızı”ya ehtiyac yoxdur. İstəmərəm ki, bəsit vərəqələr verilsin. Futbol mübarizələr oyunudur. O epizodlar azarkeşlərdə daha çox həvəs yaradır. 100%-lik epizodlara qırmızı vərəqə verilməlidir. Amma Vacidə, məncə, ehtiyac yox idi. Qola gəlincə, təkrara baxdım, təmiz qol idi.

    – Çempionlar Liqasındakı uğurunuza görə bəzi klublar sizi təbrik etmədi. Münasibətiniz necədir?
    – Normal. Dünya futbolunda belə hallar var. Hamısı dostlarımızdır, özümüzünkülərdir. Hər klubun öz strukturu, sistemi var. Neqativ düşüncələrim yoxdur.

    – “Liverpul”la oyunun 2-ci hissəsində böyük ekranlarda məyus görünmüşdünüz. Belə hallarda sizi kim təsəlli edir?
    – Mənə 90 dəqiqə baxsanız, məyus görünürəm (gülür). Özüm, klubum, Azərbaycan futbolu üçün bizim pley-off mərhələsinə çıxmağımız böyük uğurdur. 10 xal topladıq, sevinməliyik. Amma hamımız məyus idik. Azarkeşlər də fərqli yanaşır. İstər-istəməz bəzi anlarda təəssüf hissi yaranır. Hər birimizin həyatda problemi olur. Futbol elədir ki, bir oyun qəhrəman olursan, bir oyun əksi. İndi futbol elə həddədir. İngiltərə Premyer Liqasında hər oyunda 4-5 qol olur, hər komanda bir-birinə qalib gələ bilir. İndiki 4-5 qollu oyunlar o vaxtın 0:0-larına bənzəyir. Futbol çox inkişaf edib. Çempionlar Liqasında 13 qol vurmuşuq, az deyil. Əvvəl il ərzində demək olar ki, 1-2 oyunda böyük hesab qeydə alınırdı. Amma indi hər tur bol qollu qarşılaşmalar olur.

    – Vaxtilə futbolçusu olduğunuz “Baltika” sizi təbrik etdi. Sizinlə birbaşa əlaqəyə keçiblər?
    – Xeyr. Amma yenə sağ olsunlar, hər birinə təşəkkür edirəm. Yuri Syominlə danışmışdım, təbrik etdi.

    – “Sabah”ın davamlı yüksəlişi şəxsinizdə və komandada həyəcan yaradır?
    – Narahatlıq həmişə olur. Qarşımıza çempionluq məqsədi qoymuşuqsa, bu, normaldır. Digər tərəfdən də sevinirik ki, çempionatda mübarizə gərginləşir. İdmandır, bir gün udursan, bir gün uduzursan. “Sabah” gəlir, həyəcanlı olaq" deyə fikirləşməməliyik.

    – “Nyukasl”la səfər oyunundan öncə “Neftçi” ilə matç var. Təxirə salınma istəyəcəksiniz?
    – Planda var, amma qarşıdakı günlərdə daha da dəqiqləşəcək. Uzun səfərdir və oyunlar arasında vaxt azdır. Proqramımıza baxacağıq, uyğun görsək, təxirə salına ilər.

    – “Nyukasl”la oyunöncəsi Şamaxı və Quba səfəriniz var. Burda meydançalar süni örtüklüdür. Narahatlıq var?
    – Çox narahatam. “İmişli” ilə oyunda həva şəraiti pis olsa, həmin meydançada oynamaq çətin olacaq. Zədələrə görə narahatlıq var. Ümumilikdə, bu matçları “Nyukasl”a qarşı yaxşı hazırlıq kimi düşünmürəm. Narahatam. Qarşıdakı günlərdə hansısa rotasiya edə bilərik. Bizim daha çox oynamağa, oyun təcrübəsinə ehtiyac var. Lazım olsa, risklərə gedəcəyik.

    – Pley-off üçün 3 oyunçu sifariş edə bilərsiniz. Yeni transfer Jeremi Qnalinin Bakıya gələcəyi deyilir…
    – Bəli, Bakıya gəlməlidir. Rəhbərliklə tam danışmamışam.

    – Digər 2 yer üçün Ramil Şeydayev və Qnali heyətə salına bilər?
    – Baxacağıq. Hansı xəttə daha çox oyunçu lazım olacaq, mütləq edəcəyik. Hazırda boş yer yoxdur və əvəzetmə üçün kimisə çıxarmalıyıq. Götür-qoy edəcəyik. Qarşıda vaxtımız var.

    – Quba və Şamaxı səfərinin yerinin dəyişməsi variantı var?
    – Deyəsən, bir dəfə dəyişmişik. Olsaydı, böyük məmnuniyyətlə edərdim. Amma idman qaydaları var.

    – “Nyukasl”la oyuna kimisə göndərmək fikriniz var?
    – Xeyr. Püşkatmadan öncə də onların oyunlarına baxırdıq. Burda da işimiz çox olacaq.

    Futbol

    Mahir Emreli "Rakuv" karyerasına qolla başladı

    23.07.2026 22:10:20
    Futbol

    Avropa Liqası: "Qarabağ" Bakıda MOİK-ə qalib gələ bilmədi

    23.07.2026 21:57:02
    Futbol

    "Zirə" son dəqiqələrdə buraxılan qolla uduzdu

    23.07.2026 21:51:30
    Futbol

    "Səbail" Türkiyədə hazırlıq keçəcək

    23.07.2026 21:22:58
    Futbol

    Millimizin heyəti açıqlanıb

    23.07.2026 19:41:14
    Futbol

    "Payde" - "Zirə": HEYƏTLƏR

    23.07.2026 19:10:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mahir Emreli "Rakuv" karyerasına qolla başladı

    23.07.2026 22:10:20

    Avropa Liqası: "Qarabağ" Bakıda MOİK-ə qalib gələ bilmədi

    23.07.2026 21:57:02

    "Zirə" son dəqiqələrdə buraxılan qolla uduzdu

    23.07.2026 21:51:30

    "Səbail" Türkiyədə hazırlıq keçəcək

    23.07.2026 21:22:58

    Millimizin heyəti açıqlanıb

    23.07.2026 19:41:14

    "Payde" - "Zirə": HEYƏTLƏR

    23.07.2026 19:10:51

    "Qarabağ" - MOİK: HEYƏTLƏR

    23.07.2026 19:02:47

    Azərbaycan komandası Avropa Universitet Oyunlarının yarımfinalında

    23.07.2026 18:16:24

    "Araz-Naxçıvan" Bakını tərk edir

    23.07.2026 17:41:35

    Bakıdakı dünya çempionatının sponsorları bilindi

    23.07.2026 17:13:35

    "Qarabağ"ın rəqibi portuqaliyalı müdafiəçi ilə maraqlanır

    23.07.2026 16:48:45

    Millimiz Xorvatiyaya bu heyətlə yollandı - ADLAR

    23.07.2026 16:14:01

    Azərbaycan Premyer Liqası və Kubokunda mövsümün tam TƏQVİMİ

    23.07.2026 15:45:39

    Mamadu Kane Azərbaycana qayıtdı

    23.07.2026 15:06:23

    I Liqa klubunda yeni təyinat

    23.07.2026 14:40:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved