Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Elə tənqidlər oldu ki, sanki "Şamaxı" sonuncudur" – Ayxan Abbasov
    31.01.2026 16:59:47

    Azərbaycan Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Şamaxı” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

    – Mühüm qələbə idi. Bəlkə, çempionatdakı ən vacib qalibiyyəti əldə etdik. Rəqib “Qarabağ” səfərində 3 xal qazanmışdı, motivasiyalı idilər. Ötən tur “Qəbələ” ilə oyunda ağır məğlubiyyət almışdıq. Futbolçular bu gün özlərini toparlayıb, mühüm qələbə qazandı.

    – “Qarabağ”ı məğlub etmək “Kəpəz”i eyforiyaya salmışdı?
    – Birinci dövrədə “Kəpəz”ə uduzmuşduq. Onlarda fərq var, hər oyuna final kimi baxırlar. Eyforiyada olduqlarını düşünmürəm. Bu gün biz yaxşı oynadıq.

    – İkinci hissədə daha 3-4 qol vura bilərdiniz. Lakin alınmadı. Ustalıq çatmadı, ya tələskənlik?
    – Rəqib 2-ci hissədə 4 əvəzetmə etdi və təzyiqi artırdı. Bilirdik ki, epizodlarımız olacaq. Çatışmayan yerimiz qol epizodlarını dəyərləndirə bilməməyimizdir. Statistikaya görə, çempionatda ən yaxşı oyunumuz ötən matç idi, amma 0:4 uduzduq.

    – Səbəb nədir?
    – Məsələn, Edqar çox epizoda girir, amma dəyərləndirə bilmir. Bunun üzərində çox çalışır. Orucun da epizodları oldu. Uşaqlar çalışır. Bir oyun uduzandan sonra elə tənqidlər oldu ki, sanki, “Şamaxı” sonuncudur. Sanki burda iş yoxdur. Bir futbolçunu qazandırmaq üçün illər lazımdır. Təəssüf ki, buna qiymət az verilir. Əsas nəticəyə baxılır. Üzərində işlədiyimiz şeylər var. Bu gün Orucun, Edqarın, Rüfətin oyunu ortadadır. Bunu görə bilmiriksə, təəssüf…

    – Məğlubiyyətlərdən sonra tənqidlər yaranır ki, sanki iki yerdə işləməyin problemidir…
    – Bilirəm, məğlub olanda bu söhbət çıxır. Mən istirahət vaxtlarım da belə işləyirəm. Təhlillər aparanda, bəlkə də, daha dəqiq öyrənmək lazımdır.

    – Abdullanın karyerasını düşünüb, “Şamaxı”ya gəlməsi digər futbolçular üçün nümunə olmalıdır?
    – Onun gəlişi ani oldu. Antonio Lara ötən həftə yaxınlaşdı və dedi ki, Maltadan təklifi var. Sonra Abdulla bizə müraciət etdi və burda oynamaq istədiyini dedi. Risk edəcəyik. Təki, qazansın, istəkli olsun.

    – Qapıçınızı oyunun qəhrəmanı hesab edirsiniz?
    – Rikardo əla oynadı. O, komandamızın yarıdan çoxudur. Kapitanlarımızdan biridir. İkinci hissədəki seyvləri lazım idi. İki oyundur, bir barmağı sınıq qapıda durur.

    – “Qarabağ”la kubok oyununda heyətdə dəyişiklik olacaq? 
    – Hələ fikirləşməmişəm.

    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Futbol

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved