Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" yeni müdafiəçi ilə anlaşdı, Bəhlul Mustafazadənin Çinə gedişi reallaşır
    31.01.2026 11:51:40

    Transfer çalışmalarını sürətləndirən “Qarabağ”da tezliklə yeniliklərin olacağı gözlənilir. Ağdam klubu bir neçə futbolçunun keçidini tamamlamağa çalışır.

    Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, ölkə çempionu hücum xəttini gücləndirməyə cəhd edir. Eyni zamanda komandadan ayrılması gündəmdə olanların da mövqeyinə yeni namizədlər axtarılır.

    Aleksey Kaşşuk, Nəriman Axundzadə, Toral Bayramov və Leandro Andradenin komandadan ayrılması mümkündür. Yaxşı təklif gələcəyi təqdirdə “Qarabağ” onların hər birini yola salmağa hazırdır. Xüsusilə Andradenin Asiya klublarından aldığı təklifin dəyərləndirilməsi realdır. Yaxın bir-iki gündə bütün məsələlərə aydınlıq gələcək.

    Elvin Cəfərquliyevə də maraq var. Amma onun və Marko Yankoviçin yayda komandanı tərk etməsi daha realdır. Əvəzində Bəhlul Mustafazadənin “Qarabağ”dan ayrılması an məsələsidir. Çin klubundan sərfəli təklif alan mərkəz müdafiəçisi klubların anlaşmasını gözləyir.

    Mustafazadənin gedişini sübut edən əsas məqam “Qarabağ”ın stopper transfer etmək üzrə olmasıdır. Əldə etdiyimiz bilgiyə görə, ağdamlılar yeni mərkəz müdafiəçisi ilə anlaşıb. Futbolçunun kimliyini dəqiqləşdirə bilməsək də, onun Serbiya çempionatından gələcəyini öyrəndik. Tezliklə bu barədə rəsmi açıqlama verilməlidir.

    “Qarabağ” müdafənin sol cinahı ilə də bağlı addımlar atır. Toralla Elvindən ən azı birinin getməsinə görə baş məşqçi Qurban Qurbanov indidən ehtiyatını görür. Çalışdırıcı həm də heyətdə rəqabəti artırmağa, çempionatdakı xal itkiləriniin qarşısını almaq üçün ikinci heyəti gücləndirməyə səy göstərir. Bu səbəbdən hazırda prioritet forvard transferidir.

    Bu ehtimalların hansının reallaşacağı bəlli deyil. Qış transfer pəncərəsi bağlanmaq üzrədir, üstəlik, “Nyukasl”la oyunlara az qalıb. Yeni oyunçulardan bəzilərini Çempionlar Liqası matçları üçün də sifariş etmək lazım gələcək. “Qarabağ” həm tələsir, həm də dəqiq seçimlər etməyə çalışır. Mümkün olan tezliklə həllini tapacaq, əsas iş isə yayda başlayacaq. Qurbanov yeni mövsüm üçün daha güclü heyət formalaşdırmaq niyyətindədir.

    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Futbol

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved