UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və "Nyukasl" (İngiltərə) komandaları arasında keçiriləcək oyunların təqvimi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, ilk matç fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Qarşılaşma saat 21:45-də başlayacaq.
Fevralın 24-də İngiltərədə keçiriləcək cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

