“Fənərbağça” "Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevə heç bir təklif göndərməyib.
Prosport.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ərtəm Şənər məlumat verib.
O bildirib ki, Türkiyə təmsilçisi futbolçuya nə rəsmi, nə də qeyri-rəsmi təklif göndərib.
Tanınmış jurnalistin sözlərinə görə, 24 yaşlı müdafiəçi üçün təklif gələcəyi təqdirdə “Qarabağ” rəhbərliyi bunu dəyərləndirəcək.
Qeyd edək ki, Elvin Cəfərquliyev 2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

