UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” büdcəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələni ilk "24-lük"də başa vurduğu üçün 1 milyon avro bonus əldə edib, pley-offda iştiraka görə daha 1 milyon avro qazanıb. Cari mövsümdə əldə edilən ümumi gəlir təxminən 32,75 milyon avro (təqribən 67 milyon manat) təşkil edir.
Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində bəlli olacaq. Mümkün rəqiblər arasında Fransanın PSJ və İngiltərənin “Nyukasl” klubları yer alır. Ağdam təmsilçisi bu mərhələni də adlasa, daha 11 milyon mükafat əldə edəcək.

