"Maraqlı oyuna şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq".
Prosport.Az xəbər verir ki, bu sözləri İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Arne Slot evdə "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
Niderlandlı mütəxəssis qələbəni şərh edib: "Çətin matçları geridə qoyduq. Çempionlar Liqasında ilk "8-lik"də yer almaq sevindiricidir".
Qeyd edək ki, "Liverpul" – "Qarabağ" oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.

