“Şamaxı” qış transfer pəncərəsində növbəti keçidi reallaşdırıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi “Sabah”dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb.
24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər "şirlər"in heyətində çıxış edəcək.
Qeyd edək ki, Abdulla Rzayev mövsümün ilk yarısını icarə əsasında "Turan Tovuz"da keçirib.

